"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaləddin isgəndərov: “Bizlərə göstərilən etimadı yalnız işimizlə doğrultmalıyıq”

--2017-01-30 / 13:36

“Bizlərə göstərilən etimadı yalnız işimizlə doğrultmalıyıq” - bu sözləri Binəqədi rayon icra Hakmiyyətinin başçısı Xaləddin isgəndərov sakinlərlə görüşdə üzünü məmurlara tutaraq deyib. Onun sözlərinə görə, hər bir məmur, hər bir bələdiyyə rəsmisi seçicisinin, sakininin yanında olmaqla, onların problemlərini dinləməyi bacarmalıdır: “Hər gün işə gələndə hesab edin ki, əmriniz, sərəncamınız bu gün imzalanıb.

Heç kəsə güvənməyin. Bizim güvənc yerimiz xalqımızdı, sakinlərimizdi, seçicilərimizdi. əgər cənab prezident ilham əliyev özünü Azərabycan xalqının  xidmətində dayanan şəxs hesab edirsə, bizdə yerlərdə cənab prezidentin bu tələbini icra etməliyik.

Nə qədər xalqa diqqət göstərsəniz, onun probleminin həllinə can yandırsanız, bir o qədər xalqın sevimlisi olacaqsınız.”

“Ölkəmizin ən böyük sərvəti Azərbaycan xalqıdır”- bu fikri də icra başçısı söyləyib.

“Ulu öndər Heydər əliyevin min bir əzab əziyyətlə  qurub  yaratdığı ölkəmizdəki sabitliyə dövlət başçısı ilham əliyevin yürütdüyü siyasətlə nail olunub...

Azərbaycan 25 il əvvəlki Azərbaycan deyil. 2016-cı ildəki “Aprel döyüşləri” bir daha isbat etdi Azərbaycan dövləti düzgün  siyasət yürüdür, bir qarış torpağı belə heç kimə vermək fikri yoxdur. Hətta cənab prezidentin yaralıları ziyarət etməsi, şəhid olan əsgərlərimizə qayğının göstərməsi, cəbhə bölgəsində zərər çəkmiş ailələri ziyarət etməsi,  evlərə baxış keçirməsi hər bir məmurun üzərinə ciddi məsuliyyət yükü qoymuş oldu. Hər birimiz bundan nəticə çıxarmalıyıq.  

Neft ixrac edən Yaxın şərq  ölkələrindəki vəziyyəti göz önümüzdədir...

Biz bu il ötən ildən daha artıq işləməliyik. Bizlərə göstərilən etimadı yalnız işimizlə doğrultmalıyıq”

Belediyye.info

ŞƏRHLƏR